Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaq bağçalarında yerlərin sayı 2,5 milyon nəfər artıb

Uşaq bağçalarında yerlərin sayı 2,5 milyon nəfər artıb


Son səkkiz ildə Özbəkistanda uşaq bağçalarında yerlərin sayı 2,5 milyon nəfər artıb, məktəbəqədər təhsillə əhatəlilik 78 faizə çatıb.

Newscenter.az xəbər verir ki, bunu prezident Şavkat Mirziyoyev deyib. O bildirib ki, bu əhatə dairəsini artırmaq üçün hər il 20 min yerin açılması nəzərdə tutulur.

Bu məqsədlə yeni çoxmərtəbəli binaların tikintisinə sakinlərin sayına proporsional məktəbəqədər təhsil müəssisəsi də daxil ediləcək. Uşaq bağçalarında çalışan orta ixtisas təhsilli mütəxəssislər üçün dual təhsil və təkmilləşdirmə sistemi tətbiq ediləcək.

Məktəbəqədər təhsilin əhatə dairəsinin 80 faizdən aşağı olduğu rayon və şəhərlərdə özəl sektorun iştirakı dəstəklənəcək. O cümlədən uşaq bağçalarının və məktəblərin boş yerlərində dövlət-özəl tərəfdaşlığı əsasında məktəbəqədər təhsil müəssisələrinin tikintisinə icazə veriləcək.

Süleyman
Xəbəri paylaş