
2026-cı ildən etibarən Özbəkistanda yeni tikilmiş yaşayış komplekslərinin adları dövlət dilinin qaydalarına və standartlarına uyğun olmalıdır.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Özbəkistanda tikinti sahəsində normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilib.
Tikinti sahələrinin ətrafındakı bina pasportundakı, fasadındakı, müvəqqəti divarlarındakı və hasardakı bütün yazılar, o cümlədən reklam və elanların mətnləri dövlət dilində yazılacaq.
Xüsusilə, 1 yanvar 2026-cı il tarixindən etibarən tikilməkdə olan yaşayış komplekslərinin adları dövlət dilində olmalı və dövlət dilinin qaydalarına və standartlarına uyğun olmalıdır.
Ərazi tikinti müfəttişliklərinin obyektlərin tikintisi və istismara verilməsi üçün icazələrin verilməsində iştirakı genişləndiriləcək. Tikinti şirkətlərindən onlara müəlliflik, texniki və daxili nəzarət barədə müvafiq sənədlər təqdim etmələri tələb olunur.
Mehman Mehdiyev











































