
Alimlər yeni bir buz növü kəşf ediblər.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, Avropa X-şüaları Sərbəst Elektron Lazeri (Avropa XFEL) istifadə edilərək kəşf edilən bu yeni buz növü "Buz XXI" adlandırılıb.
Müəyyən edilib ki, suyun həddindən artıq təzyiq altında "metastabil" adlanan qeyri-sabit vəziyyətə düşməsi, hətta ən kiçik bir pozuntu belə struktur çökməsinə səbəb ola bilər.
Tədqiqatçılar suyu iki almaz arasında Yer kürəsinin atmosfer təzyiqindən təxminən 20.000 dəfə çox təzyiqdə sıxıblar. Bu proses zamanı suyun strukturunun yüksək sıxlıqdan çox yüksək sıxlığa dəyişdiyi müşahidə edilib.
Dünyanın ən böyük rentgen lazeri olan XFEL, bu proses zamanı hər mikrosaniyədən nümunəni skan edərək struktur dəyişikliklərini qeydə alıb. Təcrübə 1000 dəfədən çox təkrarlanıb və müxtəlif kristallaşma yolları müşahidə edilib.
Mehman Mehdiyev











































