
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni xarici işlər naziri təyin edib.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, Yermek Koşerbayev Qazaxıstan Respublikasının xarici işlər naziri təyin edilib. Tokayevin digər sərəncamı ilə o, əvvəlki vəzifəsindən azad edilib. Yermek Koşerbayev 2025-ci ilin fevralından indiyədək baş nazirin müavini olub.
Xarici işlər naziri vəzifəsində çalışmış Murat Nurtileu Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi təyin edilib.
Mehman Mehdiyev