
ABŞ-da bundan sonra ölkəyə idxal ediləcək yük maşınları üçün 25 faizlik rüsum tətbiq olunacaq.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib.
Ağ Ev rəhbəri oktyabrın 1-dən idxal edilən yük maşınlarına 25% rüsum tətbiq edəcəyini açıqlayıb.
“Böyük ağır yük maşını istehsalçılarımızı haqsız xarici rəqabətdən qorumaq üçün 2025-ci il oktyabrın 1-dən etibarən dünyanın digər yerlərində istehsal olunan bütün ağır (böyük) yük maşınlarına 25 faizlik tarif tətbiq edəcəyəm”,-deyə Tramp Truth Social-da sosial şəbəkə hesabında yazıb.
Mehman Mehdiyev