
"Azərbaycan-Türkiyə qardaşlığı təkcə bu günün deyil, həm də gələcəyimizin qarantıdır"
Bunu Newscenter.az-a Dünya Türk Qadınlar Platformasının (TAHD) təsisçisi Günay Əliyeva deyib. O bildirib ki, azərbaycanlılar olaraq, Prezidentimiz cənab İlham Əliyevin arxasındayıq və onu dəstəkləyirik:
"Bir azərbaycanlı və Türk olaraq Prezidentimizlə fəxr edirəm. Mənim nəzərimdə İlham Əliyev Azərbaycanı dünya miqyasında təmsil edən dünya lideridir. Onun cənab Rəcəb Tayyib Ərdoğanla qardaşlığı Türkiyə-Azərbaycan birliyinin ən dəyərli simvollarından biridir. Türk dünyasının birliyinə qarşı çıxanları və qardaşlıq sözlərinin arxasında gizlənərək Azərbaycan-Türkiyə münasibətlərinə zərər verəcək ritorika inkişaf etdirənləri qəbul etmirik. Qardaşlıq təkcə sözlə deyil, həm də qarşılıqlı hörmət və səmimiyyətlə yaşanır!".
Günay Əliyeva əmin olduğunu bildirib ki, bizi bir-birimizə qarşı qoymaq istəyənlərin tələsinə düşməyəcəyik:
"Heç kim türk dünyasının birliyinin qarşısını ala bilməyəcək! Məqsədimiz ayrılıq deyil, birlikdir. Köklərimizi unutmadan gələcəyə doğru birlikdə addımlamaqdır. Ərəbləşmək deyil, türklüyümüzü qorumaq və türk kimliyimizi dünyaya qürurla göstərmək istəyirik. Hər bir millətin kimliyinə hörmət edirik. Həmçinin öz tariximizi, dilimizi, mədəniyyətimizi və köklərimizi qorumaq məsuliyyətimiz var"
Süleyman












































