
"18 Oktyabr Azərbaycan müasir tarixində xüsusi yeri olan, xalqımızın azadlıq və müstəqillik iradəsini təcəssüm etdirən əlamətdar gündür. Bu tarix 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə bağlıdır. Azərbaycan dövlətinin hüquqlarını müstəqil şəkildə müəyyənləşdirmək, milli dövlətçilik ənənələrini yenidən yaşatmaq və suveren ölkə kimi bir dünya kimi öz layiqli yerini tutmaq Azərbaycan xalqının hüquq hüquqlarını müdafiə etməsidir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı deyib. O bildirib ki, 18 Oktyabr xalqımızın azadlıq mübarizəsinin, milli özünüdərkinin, dövlətçilik iradəsinin və müstəqil gələcək naminə apardığı mübarizənin rəmzidir:
"Müstəqilliyin bərpası Azərbaycan tarixində yeni açılımın başlanğıcı ilə yanaşı, siyasi, iqtisadi, sosial və mədəni inkişafın istiqamətlərini müəyyənləşdirdi".
Arzuman Muradlı uzaq tarixə nəzər salaraq xatırladıb ki, Azərbaycan xalqının müstəqil dövlətçilik arzusu uzun və mürəkkəb tarixindən keçib:
"1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması milli dövlətçilik tariximizin mühüm hadisəsi oldu. Şərqdə ilk parlamentli respublikalardan biri kimi tanınan Azərbaycan Xalq Cümhuriyyəti demokratik idarəçilik, vətəndaş hüquqları və milli suverenlik prinsiplərini dövlət quruculuğunun əsas istiqamətlərinə çevirdi.
Cümhuriyyət cəmi 23 ay yaşasa da, onun fəaliyyəti xalqımızın müstəqil düşüncəsinin formalaşdırılmasında və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadı. 1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra ölkə öz dövlət müstəqilliyini itirdi və Sovet İttifaqının müdafiəsinə daxil edildi.
Bununla belə, müstəqil dövlətçilik ideyası xalqın yaddaşından silinmədi. Milli kimliyin, dilin, mədəniyyətin və tarixi irsin qorunması, azadlıq düşüncəsinin yaşadılması gələcək müstəqillik mübarizəsinin mənəvi əsaslarını təşkil etdi.
1980-ci illərin sonlarında Sovet İttifaqında baş verən siyasi və iqtisadi vəziyyət, milli azadlıq hərəkatlarının güclənməsi Azərbaycanda da ictimai-siyasi prosesləri sürətləndirdi. Xalqın milli hüquqlarının müdafiəsi, ərazinin qorunması və suverenlik tələbləri kütləvi xarakter aldı. 1988-ci ildən etibarən genişlənən milli azadlıq hərəkatı Azərbaycanın müstəqilliyini bərpasına aparan yolda son mərhələsi oldu.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul etməsi müstəqilliyə doğru yolda mühüm siyasi-hüquqi addım idi. Oktyabrın 18-də “Azərbaycan Respublikasının müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Bu sənədlə Azərbaycanın dövlət müstəqilliyinin bərpası hüquqi dövlət təsbit edildi və müasir Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu müəyyən edildi".
Süleyman












































