Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çaylardan sel keçəcək, dolu düşəcək -XƏBƏRDARLIQ

Çaylardan sel keçəcək, dolu düşəcək


Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Xidmətdən Newscenter.az-a bildirilib ki, oktyabrın 20-də Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Arzu
Xəbəri paylaş