
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Newscenter.az xəbər verir ki, Ərdoğan, təbrikində Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına səmimi salamlarını çatdırıb.
Türkiyə lideri qeyd edib ki, Türkiyə və Azərbaycan sevincdə də, kədərdə də hər zaman bir olan dost və qardaş ölkələrdir.













































