
Azərbaycan tarixininə qızıl hərflərlə yazılmış ən əlamətdar və qürurlu səhifələrdən biri məhz 18 oktyabrdır.
Bu tarix xalqımızın çoxəsrlik azadlıq arzusunun gerçəkləşdiyi, dövlətçilik ənənələrinin yenidən bərpa olunduğu Müstəqilliyin Bərpası Günüdür. Azərbaycan xalqı uzun illər davam edən sovet rejimi istiqlalından sonra öz suveren hüquqlarını yenidən qazanaraq dünya mapasında müstəqil subyekt kimi yerini tutdu.
XX əsrin əvvəllərində - 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olsa da, cəmi 23 ay fəaliyyət göstərə bildi və bolşevik işğalı ilə üzləşdi. Lakin xalqımızın azadlıq eşliyi heç vaxt sönmədi.
1990-cı illərin əvvəllərində SSRİ-də baş qaldıran böhranlar və imperiyanın zəifləməsi Azərbaycan cəmiyyətində də milli oyanış dalğasını gücləndirdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Bu sənəd sadəcə hüquqi akt deyil, həm də xalqımızın azad yaşamaq hüququnun təntənəsi idi. Konstitusiya Aktı 1918-ci il Xalq Cümhuriyyətinin varisliyinə əsaslanaraq Azərbaycanın müstəqilliyini bütün dünyaya bəyan etdi.
Müstəqilliyin ilk illəri ölkə üçün son dərəcə ağır sınaqlarla yadda qaldı. İqtisadi böhran, daxili siyasi gərginliklər və Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması gənc respublikanın varlığını sual altına qoyurdu. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, möhkəm təməlli iqtisadi strategiyalar həyata keçirildi və "Əsrin müqaviləsi" ilə Azərbaycanın qlobal enerji xəritəsindəki rolu gücləndirildi.
18 oktyabrda qazanılan müstəqillik ideyası Heydər Əliyevin qətiyyəti, siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində qorunub saxlanıldı, dönməz xarakter aldı. Bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlətə çevrilməsi məhz o möhkəm təməllərin və uzaqgörən strategiyanın məntiqi nəticəsidir.
Bu illər ərzində Azərbaycan güclü ordu quruculuğuna, iqtisadi inkişafa və beynəlxalq müstəvidə nüfuzun artmasına nail oldu. Ən əsası, 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 2023-cü ildə suverenliyimizin bütün ərazidə bərpası 18 Oktyabr tarixinin və ümumilikdə müstəqilliyimizin mənasını daha da ucaltdı. Artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş, sərhədləri daxilində tam müstəqil və qürurlu bir dövlətdir.
Bu gün Müstəqilliyin Bərpası Günü sadəcə təqvim bayramı deyil. Bu, əcdadlarımızın qoyduğu irsə sahib çıxmaq, dövlət suverenliyini qorumaq və gələcək nəsillərə daha qüdrətli Azərbaycan miras qoymaq məsuliyyətidir. Hər bir azərbaycanlı üçün müstəqillik ən ali dəyər, toxunulmaz sərvət və milli kimliyin əsas təməlidir.
Xalqımız hər zaman bu tarixi böyük minnətdarlıq hissi ilə qeyd edir, istiqlal yolunda canından keçən şəhidlərimizi və müstəqillik aktına imza atan tarixi şəxsiyyətləri dərin ehtiramla yad edir. Azərbaycan bayrağının üçrəngli simvolu ilə əbədi olaraq azad səmalarda dalğalanması xalqımızın sarsılmaz iradəsinin və birliyinin təminatıdır.
Müstəqilliyin Bərpası Günü təkcə keçmişimizin şanlı səhifələrini xatırladığımız bir tarix deyil, həm də gələcəyə inamla baxdığımız qürur mənbəyidir. Bu gün Azərbaycan xalqı öz taleyinin, torpağının və sərvətlərinin birmənalı sahibidir.
Əsrlər boyu azadlıq arzusu ilə yaşayaraq bu müqəddəs amal uğrunda mübarizə aparan əcdadlarımızın, o cümlədən müstəqilliyimizin qorunmasında həlledici rol oynayan Ümummilli Lider Heydər Əliyevin ideyaları bu gün daha böyük təntənə ilə yaşayır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qüdrətli bir dövlət olaraq, regionda və dünyada sülhün, inkişafın təminatçısına çevrilib.
Müstəqillik hər bir vətəndaş üçün ən ali dəyər, qorunmalı və uca tutulmalı müqəddəs bir əmanətdir. Üçrəngli bayrağımızın əbədi olaraq azad səmalarda dalğalanması, xalqımızın birliyi və dövlətimizin gücü bizim ən böyük qürurumuzdur.
Xalqımızın azadlıq və suverenlik yolu əbədi olsun, Müstəqilliyin Bərpası Günümüz mübarək olsun!
Xeyransa İsmayılova,
AzPress.az xəbər portalının redaktoru












































