Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İmam Əli yəhudinin üzüm bağını sulayıb oradan aldığı pulu evinə aparmırdımı? -TÜRKİYƏ DİNİ İCMASININ LİDERİ

İmam Əli yəhudinin üzüm bağını sulayıb oradan aldığı pulu evinə aparmırdımı?


“Azərbaycanda hicab qadağası yoxdur. Məktəbli formaları məcburidir və müzakirələr məktəbli forması qaydaları çərçivəsində həll olunmalıdır.

Newscenter.az xəbər verir ki, bunları Türk Cəfəri icmasının lideri Səlahəddin Özgündüz deyib. Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanan tənqidlərə cavab olaraq Özgündüz Qarabağdakı hadisələri xatırladaraq bunları deyi:

“İlham Əliyev İslam torpaqlarını işğaldan azad edərək məscidləri bərpa etdi. Azərbaycan hökuməti 2020-ci il Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyi bölgələrdə tarixi və dini tikililərin bərpasına başlayıb. 15 sentyabr 2026-cı ildə İlham Əliyev bu bölgələrdə dağıdılmış 12 məscidin təmir və ya yenidən tikilərək bərpa edildiyini açıqlayıb".

Azərbaycanın İsrail ilə ticarət əlaqələrinə qarşı çıxanlara da Özgündüz dini nümunə ilə fikrini bildirib:

"Azərbaycanı İsrail ilə ticarət əlaqələrinə görə tənqid edirlər. Məgər, İmam Əli yəhudinin üzüm bağını sulayıb oradan aldığı pulu evinə aparmırdımı?"

Süleyman
Xəbəri paylaş