Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev köməkçi və müşavirlərini işdən çıxarıb

Tokayev köməkçi və müşavirlərini işdən çıxarıb


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iki köməkçi və iki müşaviri vəzifəsindən azad edib.

Newscenter.az xəbər verir ki, bu barədə Akorda xəbər verib. Dövlət başçısının sərəncamı ilə Tamara Duysenova və Kanat Şarlapayev prezidentin köməkçiləri, Yernar Baspayev və Kunsulu Zəkəriyyə isə prezidentin müşavirləri vəzifələrindən azad ediliblər.

Bundan başqa, Əlixan Cəmsətov prezident administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri, bu şöbəyə rəhbərlik edən Bakıtjan Sapiyev isə prezidentin müşaviri təyin edilib.

Qeyd edək ki, Kanat Şarlapayev iqtisadi məsələlər üzrə müşaviri, Kunsulu Zəkəriyyə isə elm və innovasiyalar üzrə məsul olub.

Mehman Mehdiyev
Xəbəri paylaş