Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna 1,7 milyon hərbiçi itirib

Ukrayna 1,7 milyon hərbiçi itirib


Ukrayna ordusu bu günə qədər 1,7 milyon şəxsi heyət itkisi verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu “Rossiya-1” telekanalında Rusiya Silahlı Qüvvələri Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, Rusiya Müdafiə Nazirliyinin “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri, general-leytenant Aptı Alaudinov deyib.

Onun sözlərinə görə, Dnestryanı Ukrayna Silahlı Qüvvələri üçün mümkün hədəf ola bilər, çünki orada Kiyevin ələ keçirmək istədiyi külli miqdarda Rusiya silahı var.

Aptı Alaudinov əlavə edib ki, Rusiya ordusunun irəliləyişini dayandırmaq olmaz:

"NATO-nun birbaşa qarşıdurmaya girmək istəməsi və Avropanın Zelenskini dəstəkləmək niyyətində olması ilə bağlı bütün bu hay-küy göstərir ki, onlar Rusiyanı dayandırmaq üçün heç nə edə bilməyəcəklərini başa düşürlər. Düşünürəm ki, biz də öz işimizi görməliyik. Onların dediklərinə belə yersiz əhəmiyyət verməməliyik".

Mehman Mehdiyev
Xəbəri paylaş