Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq


"İtaliya Prezidenti Sergio Mattarellanın Azərbaycana səfəri, iki ölkə arasında münasibətlərin inkişafına və genişləndirilməsinə və yeni əlaqələrin qurulmasına əhəmiyyətli dərəcədə öz töhfəsini verəcək. İtaliya-Azərbaycan hökumət və dövlət nümayəndələrinin son vaxtlar ənənə halını almış qarşılıqlı səfərləri və keçirilən tədbirlər bizə Avropada İtaliyanın bizə hər kəsdən yaxın olduğunu göstərir".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Prezident İlham Əliyev İtaliyaya səfəri zamanı, iki ölkə arasında münasibətləri "həqiqi strateji tərəfdaşlıq" səviyyəsində gördüyünü, İtaliya və Azərbaycan arasında əlaqələrin daha da dərinləşdiyini vurğulamışdır:

"Ölkə başçısının İtaliya haqqında dedikləri, heç şübhəsiz ki, bu ölkə prezidentinin Azərbaycana səfəri zamanı öz əksini tapır. Çünki bu səfər əvvəlki illərlə müqayisədə əlaqələrin daha da dərinləşdiyini özündə əks etdirən səfərdir. Biz bilirik ki, Azərbaycan Avropa ölkələri arasında İtaliyaya qaz tədarükündə önəmli tərəfdaşdır və bu da İtaliya üçün enerji təminatının möhkəmləndirilməsi deməkdir. Eyni zamanda İtaliya şirkətləri Azərbaycanda elektrik stansiyaları, istilik və enerji infrastrukturunun modelləşdirilməsində iştirak edirlər. İtaliya Azərbaycanın Avropada əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında ticarət dövriyyəsi milyardlarla avro həcmində ölçülür".

Ekspert qeyd edib ki, iki ölkə arasında iqtisadi maraqlar bunlarla bitmir və rəsmi səfərlər zamanı iki ölkə arasında qeyri enerji sahələrini əhatə edən lahiyələr ələ alınır:

"Enerji diversifikasiyası və təmiz enerji layihələri, infrastruktur və nəqliyyat dəhlizləri, sənaye, texnologiya və istehsal investisiyaları, siyasi və diplomatik əməkdaşlığın inkişafı, müdafiə və hərbi texniki sahələrdə əməkdaşlığın inkişafı iki ölkə arasında münasibətlərin inkişafında xüsusi yer tutur. Bütün bunlar deməyə imkan yaradır ki, səfər iki ölkə arasında münasibətlərin inkişafında xüsusi rol oynayacaq və həmçinin yeni perspektivlər üçün zəmin yaradacaqdır".

Anar Əliyev
Xəbəri paylaş