
Azərbaycan və İtaliya arasında dövlətlərarası münasibətlər özünün intibah dövrünü yaşayır. Rəsmi Bakı və Roma qarşılıqlı faydalı əsaslarla demək olar ki, bütün sahələrdə sıx əməkdaşlıq edir. Burada enerji, təhsil, mədəniyyət, turizim və hərbi kimi aparıcı sahələr xüsusi çəkiyə malikdir. İtaliya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir.
Bu kontekstdə, prezident Sercio Mattarellanın ölkəmizə rəsmi səfərə gəlməsi ikitərəfli əlaqələrimizdə yeni səhifələr açacaq.
Bakı və Roma xəttində əsas aparıcı istiqaməti təbi ki, enerji sahəsi əhatə edir. İtaliya Azərbaycan qazının Avropa bazarında əsas tədarükçülərindən biridir və hər iki tərəf mövcud həcmi artırmaqda maraqlıdır.
İtaliya Avropanın dörd aparıcı dövlətindən biridir və qitə üzərində hakim mövqelərin birində qərarlaşır. Onların kifayət qədər inkişaf etmiş sənaye kompleksi və elmi potensialı mövcuddur. Bu çərçivədə, ikitərəfli münasibətlərimizi həmdə Avropa kontekstində dəyərləndirməliyik. Çünki mövcud tərəfdaşlıq portfeli Azərbaycanla əməkdaşlıq etmək istəyən digər qitə ölkələri üçündə bir nümunədir.
Artıq, İtaliya istehsalı hərbi avadanlıqların Silahı Qüvvələrimizin silahlanmasına daxil edildiyini müşahidə etməkdəyik və beynəlxalq praktikadan da bəlli olduğu üzrə uzunmüddətli faydalı əməkdaşlıq perspektivləri fonunda həyata keçirilir. Bu sahədə əməkdaşlığın daha da artırılacağı istisna deyil. Eyni zamanda, İtaliyanın köklü tarixə malik dənizçilik ənənələri var və donanmamızın inkişafında sözügedən dövlətin praktikasından yararlanmaq üçün əlverişli mühit formalaşıb.
Pərviz Mirizadə, siyasi şərhçi