
Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Vanda baş verib.
Vanın Erciş rayonunda tələbə avtobusu ilə yük maşınının toqquşması nəticəsində 11-i tələbə olmaqla 14 nəfər xəsarət alıb.
Hadisə Erciş-Van avtomobil yolunun Mütəşəkkil Sənaye Bölgəsinin kəsişməsində baş verib.
Ətrafdakıların xəbərlərindən sonra hadisə yerinə təcili tibbi yardım briqadaları və jandarma qrupları sövq edilib. Yaralılar Erciş və Muradiyə rayonlarındakı xəstəxanalara aparılıb.
Mehman Mehdiyev