
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən bəri hücum etdiyi Qəzza zolağında öldürülən jurnalistlərin sayı 254-ə yüksəlib.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Qəzzadakı Media Ofisi məlumat yayıb.
Məlumatda son vaxtlar İsrailin hücumlarında jurnalistlər Yəhya Bərzəq və Sami Davudun öldüyü qeyd edilib və İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına qarşı müharibəyə başlamasından bu yana öldürülən jurnalistlərin sayının 254-ə çatdığı qeyd edilib.
Açıqlamada İsrail ordusunun Qəzza zolağında jurnalistləri sistemli şəkildə hədəfə alması pislənilib və ərəb və beynəlxalq jurnalist birliklərindən İsrailin media nümayəndələrinə qarşı sistematik cinayətlərini pisləməyə çağırılıb.
Mehman Mehdiyev