Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiha Gökçen Hava Limanı yeni rekorda imza atdı

Sabiha Gökçen Hava Limanı yeni rekorda imza atdı


İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı ilin 8 ayında mühüm nailiyyətlər əldə edərək növbəti rekorda imza atıb.

Newscenter.az bildirir ki, İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanından (ISG) verilən açıqlamaya görə, avqust ayında tarixi rekordla bütün zamanların ən yaxşı aylıq performansını göstərən hava limanı 2 milyon 114 min 900-ü daxili, 2 milyon 584 min 418-i beynəlxalq sərnişin olmaqla 4 milyon 699 min 318 sərnişini qarşılayıb.

Avqustda daha bir nailiyyət Avropa hava limanları arasında qeydə alınıb.

Avropa Hava Limanları Şurasının (ACI) Avqust 2025 Hava Limanı Trafik Hesabatına görə, 2025-ci ilin avqust ayında Sabiha Gökçen Hava Limanı, keçən ilin avqust ayı ilə müqayisədə 21,5 faiz artımla 40 milyondan çox sərnişin tutumu ilə “Əsas Hava Limanları” kateqoriyasında ən sürətlə böyüyən hava limanı oldu.

Sürətlə böyüyən hava limanı 2025-ci ilin ilk 8 ayında əvvəlki ilin göstəricisi ilə müqayisədə 13,3 faiz artımla Avropanın ən sürətlə inkişaf edən hava limanı adını qazanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş