
Avropa İttifaqı Ukraynaya "təzminat krediti" vermək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək icazəsi almaq üçün Belçikaya və orada yerləşən Euroclear platformasına təzyiqi artırıb.
Newscenter.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
Qəzet iddia edir ki, depozitar əvvəllər dəfələrlə onların özgəninkiləşdirilməsinə qarşı çıxış edib və xəbərdarlıq olunub. Bu, Rusiyanın Avropa və ya Belçikanın dünyanın digər yerlərindəki aktivlərini hüquqi prosedurlar vasitəsilə ələ keçirə bilər.
Aİ-nin digər yüksək səviyyəli diplomatları qeyd ediblər ki, Belçika rəsmilərinin səbri tükənir və onlar Rusiya vəsaitlərinin istifadəsinə razı ola bilərlər. Digər bir Avropa rəsmisi bu kontekstdə Belçika üçün risklərin son dərəcə məhdud olduğunu söyləyib.
Mehman Mehdiyev