Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əliyev-Putin görüşündən gözləntilər nələrdir?

Əliyev-Putin görüşündən gözləntilər nələrdir?

"Azərbaycan və Rusiya prezidentlərinin bu gün Tacikistanda tədbir çərçivəsində görüşəcəyi barədə yayılan xəbərlər Moskva və Bakı arasında məlum hadisələr səbəbindən yaranmış gərginliyin aradan qaldırılması üçün mühüm addım olar".

Bu fikirləri Newscenter.az-a ƏHD partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan və Rusiya arasındakı gərginlik səbəbləri əslində fundamental fikir ayrılıqları səbəbindən baş verməyib:

"Bu, beynəlxalq səviyyədə qəbul edilmiş və dövlətlər arasında mövcud olmuş praktikaya əsasən mümkün olan bir istəyin Azərbaycan tərəfindən tələb edilməsi ilə başlayıb. Bu hadisə Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin Azərbaycan hava yollarına aid sərnişin təyyarəsini hər hansı üzürlü, ya üzürsüz səbəbdən vurması və sonra kütləvi insan tələfatı ilə müşayət olunmasından sonra baş verib. Azərbaycan tərəfi bu hadisəyə görə Rusiya tərəfindən üzrxahlıq və təzminat tələb edib, hansı ki, Rusiya tərəfi bu günə kimi bu addımı atmayıb. Bundan sonra isə digər məlum məsələlər baş verib. Görünən odur ki, prezidentlərin Tacikistanda baş tuta biləcək görüşü bu məsələlərə aydınlıq gətirə bilər".

Azər Qasımovn qeyd edib ki, Kremlin, xüsusən də, Rusiya Prezidenti Putinin bu gərginlikdə maraqlı olmadığı hiss edilir:

"Ümid edirik ki, bu görüş baş tutacaq və iki ölkə arasındakı gərginlik mühiti aradan qalxacaqdır. Azərbaycan və Rusiya dövləti yenidən əvvəlki kimi dost və strateji tərəfdaşlıq münasibətlərini davam etdirəcəklər".

Süleyman
Xəbəri paylaş