Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyadan Özbəkistana qaz ixracı artacaq

Rusiyadan Özbəkistana qaz ixracı artacaq


Özbəkistan 2025-ci ildə Rusiyadan 2 milyard kubmetrdən çox təbii qaz idxal etməyi planlaşdırır.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının hökumət portalı məlumat yayıb.

Belə ki, Rusiya enerji həftəsi çərçivəsində Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov ilə Rusiya baş nazirinin müavini Aleksandr Novak arasında görüş keçirilib.

Rusiya hökuməti Qazprom-un Özbəkistana ildə 7,7 milyard kubmetr təbii qaz tədarükü müqaviləsini yerinə yetirməyə davam etdiyini açıqlayıb. Göstərilən həcm 2024-cü ildəki tədarükdən 2 milyard kubmetr çoxdur.

Bundan əlavə, Rusiya hökuməti 2024-cü ildə Özbəkistana 233,5 min ton Rusiya neftinin tədarük edildiyini açıqlayıb. İki ölkənin neft və qaz şirkətləri Özbəkistanda çətin hasil edilən yataqların işlənməsi üçün əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Süleyman
Xəbəri paylaş