
Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilən “EDEX-2025” beynəlxalq müdafiə sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev bir sıra görüşlər keçirib.
Newscenter.az xəbər verir ki, o , Pakistan İslam Respublikası Strateji Planlaşdırma İdarəsinin Baş direktoru Yusuf Jamal, Misir Ərəb Respublikasının müdafiə və hərbi istehsal naziri Abdel Mageed Ahmed Abdel Mageed Saqr, Anqola Respublikası Müdafiə Nazirliyinin Sənaye və Hərbi Avadanlıq üzrə direktoru Abilio Nachingue Paquissi, Braziliya Federativ Respublikasının Müdafiə Məhsulları üzrə katibi Heraldo Luiz Rodrigues, həmçinin Bosniya və Herseqovinanın “Tehnicki Remont Bratunac”, Misirin “Amstone International Group” və Amerika Birləşmiş Ştatlarının “OCR Global” şirkətlərinin rəhbərləri ilə görüşüb.
Görüşlərdə Azərbaycanla hərbi-texniki sahədə mövcud əlaqələr müzakirə edilib, müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb, həmçinin beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyəti qeyd edilib.
Nazir V.Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesinin inkişafı, istehsal potensialı və bu sahədə həyata keçirilən uğurlu layihələr barədə tərəflərə ətraflı məlumat verib.
Görüşlər zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Süleyman










































