Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TƏBİB rəhbəri Eldar Mahmudovun qohumuna vəzifə verdi

TƏBİB rəhbəri Eldar Mahmudovun qohumuna vəzifə verdi


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov yeni təyinata imza atıb.

Newscenter.az xəbər verir ki, TƏBİB rəhbərinin qərarı ilə Əli Mahmudov Nizami Tibb Mərkəzinin təsərrüfat işləri üzrə direktorunun müavini təyin edilib.

Hüquqşünas İlqar Altay sözügedən təyinatdan təəccübləndiyini ifadə edib. Çünki TƏBİB rəhbərinin təyin etdiyi şəxs sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur:

"Əli Mahmudov sabiq milli təhlükəsizlik naziri (MTN) Eldar Mahmudovun əmisi oğludur. Biz də ciddi-ciddi Eldar Mahmudovu tənqid etmişik. Yanlış. olaraq elə bilmişik ki, o nəinki vəzifəsindən qovulması, hətta rəhbərlik etdiyi təşkilatın ləğvi qədər dövlətə ziyan vurub".

Süleyman
Xəbəri paylaş