
Qazaxıstanın Tengiz və Korolevskoye yataqlarında neft hasilatı müvəqqəti olaraq dayandırılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə "Tengizchevroil" şirkəti məlumat yayıb.
Şirkətin məlumatına görə, bir gün əvvəl baş verən yanğın istehsal müəssisələrində elektrik paylama sistemlərinin bəzi hissələrinə ziyan vurub.
Bildirilib ki, hadisə nəticəsində itki yoxdur və vəziyyət tam nəzarət altındadır.
Daha əvvəl Tengiz yatağındakı zavodda transformatorun alovlandığı barədə məlumat yayılmışdı. Həmin vaxt yanğının təcrid olunduğu və itki olmadığı bildirilmişdi.
Daha sonra "KazMunayGaz" da bu məlumatı təsdiqlədi. Şirkətin məlumatına görə, yanğın səhər saatlarında baş verib və müəssisənin təcili yardım xidmətləri tərəfindən söndürülüb.
Anar










































