Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özəl məktəblərin sayı artırılacaq

Özəl məktəblərin sayı artırılacaq


Özbəkistanda özəl ümumtəhsil müəssisələrinin sayı artırılacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu, "Özbəkistan – 2030” strategiya layihəsində əksini tapıb.

Strategiya ölkənin bütün sahələrdəki nailiyyətlərini və nəticələrini daha da gücləndirməyə və daha yüksək səviyyələrə qaldırmağa yönəlmiş bir sıra məqsəd və prioritet vəzifələri nəzərdə tutur.


Strategiya layihəsində ümumi orta təhsilin inkişafı üçün özəl sektorun geniş iştirakı məqsədi də nəzərdə tutulur. Xüsusilə, məqsəd qeyri-dövlət ümumi orta təhsil müəssisələrinin sayını 2026-cı ildə 750-yə, 2027-ci ildə 800-ə, 2028-ci ildə 850-yə, 2029-cu ildə 900-ə və 2030-cu ildə 1000-ə çatdırmaqdır.

Strategiya layihəsinin vacib aspektlərindən biri də hər il üçün ayrıca hədəf göstəricisinin nəzərdə tutulmasıdır. Eyni zamanda, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün konkret maliyyə mənbələri də təmin edilir.

Anar
Xəbəri paylaş