Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp İrana bir neçə gün vaxt verdi

Tramp İrana bir neçə gün vaxt verdi


ABŞ administrasiyası İrana danışıqlar masasına qayıtmaq üçün bir neçə gün vaxt vermək niyyətindədir.

Newscenter.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.

Bildirilir ki, əks halda hərbi əməliyyatlar yenidən başlaya bilər. İddiaya görə, Ağ Ev rəhbəri Donald Tramp iranlıları razı salmaq üçün atəşkəsi daha üç-beş gün uzatmağa hazırdır. Portal yazır ki, bu səbəbdən diplomatik səylərə bir az daha vaxt vermək qərara alınıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl TruthSocial sosial media platformasında İranla atəşkəsin uzadılması niyyətini açıqlamışdı. İran Parlamenti sədrinin müşaviri Mehdi Məhəmmədi isə öz növbəsində bildirib ki, Vaşinqtonun İranla atəşkəsin uzadılmasını elan etməsi bir hiylədir və İslam Respublikasına qarşı yeni bir sürpriz hücum hazırlamağa imkan verəcək.

Anar
Xəbəri paylaş