
Qırğızıstan prezidenti Sadır Japarov Qazaxıstana işgüzar səfərə gedib.
Newscenter.az Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sadır Japarovun təyyarəsi Astana beynəlxalq hava limanına eniş edib.
Qırğızıstan Prezidentini Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov qarşılayıb.
Səfər çərçivəsində Prezident Sadır Japarov Regional Ekologiya Sammitinin plenar iclasında çıxış edəcək, xarici nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.
Qırğızıstan dövlət başçısı, həmçinin Beynəlxalq Yaşıl və Davamlı Texnologiyalar Sərgisinin pavilyonunu ziyarət edəcək.
Süleyman











































