
İran hələlik nümayəndə heyətinin İslamabadda ABŞ nümayəndələri ilə danışıqlarda iştirakını təsdiqləməyib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar bildirib.
Nazir X-də yazıb:
"İran tərəfindən nümayəndə heyətinin İslamabadda sülh danışıqlarında iştirakını təsdiqləyən rəsmi cavab hələ də gözlənilir. Pakistan İran rəhbərliyini danışıqların ikinci mərhələsində iştirak etməyə inandırmaq üçün səmimi səylər göstərib və bu səylər davam edir".
Qeyd edək ki, yaxın günlərdə Pakistanda Amerika-İran danışıqlarının növbəti raundunun keçirilməsi nəzərdə tutulur.
Anar











































