Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkənin nəqliyyat sektoru fövqəladə vəziyyətlərə hazır deyil

Ölkənin nəqliyyat sektoru fövqəladə vəziyyətlərə hazır deyil


"Ötən gün Bakı metrosunda baş verən hadisə bir daha sübut etdi ki, ölkənin, xüsusilə də paytaxtın nəqliyyat sektoru fövqəladə vəziyyətlərə hazır deyil".

Bunu Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, bu cür situasiyalarda adətən ictimai daşıma ilə məşğul olan digər qurumlar gücləndirilmiş iş rejiminə keçir, sakinlər arasında təşviş yaranmaması, eləcə də əhalinin zamanında ünvanına çatdırılması üçün müvafiq addımlar atırlar:

"Mən demirəm ki, bu cür arzuedilməz hadisələr yalnız Azərbaycanda yaşanır. Dünyanın hər bir ölkəsində bu cür xoşagəlməz hadisələr baş verə bilər. Ancaq məsələ ondan ibarətdir ki, ictimai daşımalarla məşğul olan qurumlar hər zaman istənilən fövqəladə vəziyyətlərə hazır olmalıdırlar. Ancaq biz bunun tam əksini müşahidə etdik. Metro nəqliyyatı bir neçə saat ərzində işləmədiyi halda, yaxşı olardı ki, sərnişindaşıma ilə məşğul olan AYNA kimi qurumlar xətlərə əlavə marşrutlar buraxardılar ki, insanların mənzil başına zamanında çatması təmin edilsin. Dünən isə təəsüf ki, biz bunu görə bilmədik. Avtobus parklarında onlarla, bəlkə də yüzlərlə avtobusu saxlayıb, onları fövqəladə vəziyyətlərdə xəttə buraxmamaq cəmiyyəti ciddi şəkildə narahat edən məsələlərdəndir".

Arzuman Muradlı təəssüf hissi ilə qeyd edib ki, paytaxtda mühüm beynəlxalq tədbirlər, Formula-1 kimi yarışlar keçirilən zaman da ictimai daşımalara məsul olan qurumlar qeyri-səmərəli formada fəaliyyət göstərirlər.

Süleyman
Xəbəri paylaş