Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp: İran yenə bombalana bilər

Tramp: İran yenə bombalana bilər



Birləşmiş Ştatlar prezidenti Donald Tramp İranın yenidən bombalanmasını mümkün hesab edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Amerika lideri bunu CNBC-nin canlı yayımında bildirib.

ABŞ prezidentinin sözlərinə görə, Donald Tramp İrana daha çox zərbələrin endirilməsi Tehranı danışıqlar masası arxasında oturmağa sövq edə bilər.

"Bombardmanın olacağını gözləyirəm. Çünki düşünürəm ki, bu yanaşma İranla daha da qarşılıqlı əlaqədə olmaq üçün daha əlverişlidir. Biz hazırıq. Silahlı qüvvələr getdikcə daha da irəliləyir", - deyə Amerika lideri vurğulayıb.

Qeyd edək ki, yaxın günlərdə İslamabadda Amerika-İran danışıqlarının növbəti raundunun keçiriləcəyi gözlənilir.

Anar
Xəbəri paylaş