
Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqları və ən yüksək səviyyədə dialoqu bərpa etmək üçün səy göstərir.
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri ölkəsinin Moskva ilə Kiyev arasında vasitəçilik səyləri ilə bağlı fəaliyyətini NATO baş katibi Mark Rutte ilə görüşdə qeyd edib.
"Türkiyə, Rusiya ilə Ukrayna arasındakı müharibəni sülh yolu ilə bitirmək, onlar arasında danışıqları bərpa etmək və rəhbərlik səviyyəsində dialoqa başlamaq üçün səylər göstərir",-deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, NATO baş katibi Mark Rutte bu gün Türkiyəyə səfərə gəlib.
Süleyman











































