
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi üzvlərinin Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin siyasi məsələlər üzrə Birinci katibi cənab Benedict Göbellə görüşü olub.
Newscenter.az xəbər verir ki, görüş zamanı Benedict Göbelə ölkəmizdə minaların yaratdığı problemlər, minatəmizləmə əməliyyatları, partlayıcı sursatlara dair maarifləndirmə və mina qurbanları barədə ətraflı məlumatlar verilib, təşkilatın əvvəlki illərdə həyata keçirdiyi layihələr üzrə hazırladığı hesabatlar təqdim olunub.
Almaniya Federativ Respublikasının minatəmizləməyə göstərdiyi maliyyə yardımı müzakirə olunub, ölkədəki mina problemlərinin miqyası nəzərə alınaraq belə yardımların artırılmasının vacibliyi qeyd edilib.
Benedict Göbel görüş zamanı qeyd edib ki, yaxın günlərdə Almaniya Federativ Respublikası Parlamentinin nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edəcək. Parlamentinin nümayəndə heyətinin çox saylı görüşlər keçirəcəyi və işğaldan azad edilmiş ərazilərə səfərləri planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərə səfər zamanı minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərlə əyani surətdə tanış olacaqları bildirilib. Qeyd edilib ki, Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin ölkədəki minalar və kasetli sursatlarla bağlı hazırladığı hesabatlar problemin miqyası və yaratdığı problemlər barədə dolğun məlumat almağa imkan verir.
Süleyman











































