Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqının Mülki Missiyası təyinatını dəyişdi

Avropa İttifaqının Mülki Missiyası təyinatını dəyişdi


"Avropa İttifaqı Ermənistana yeni missiya göndərəcək. Missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməli, strateji və praktiki məsləhətlər verməli, nazirliklərə və təhlükəsizlik qurumlarına dəstək göstərməlidir. Bu məsləhətləşmələr xarici informasiya manipulyasiyalarının aşkarlanması və onlara cavab verilməsi, kiberhücumlar və qeyri-qanuni maliyyə axınları ilə mübarizəyə yönələcək".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Aİ-nin yeni missiyasının Ermənistanda iki il müddətinə yerləşdirilməsi gözlənilir:

"20-30 beynəlxalq işçidən ibarət missiya "Avropa İttifaqının tərəfdaşlıq missiyası" adı ilə fəaliyyət göstərəcək.

Qeyd edim ki, Avropa İttifaqı mülki Missiyası Azərbaycanla sərhəddə yerləşib. Artıq Ermənistanla Azərbaycan arasında de-fakto sülh bərqərar olub. Həmçinin 8 avqustda paraflanmış sülh sənədində üçüncü qüvvələrin sərhəddə yerləşməməsi qeyd edilib. Göründüyü kimi, Avropa İttifaqını missiyasının təyinatı dəyişilib".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Avropa İttifaqının Mülki Missiyası Rusiyanın Ermənistanda təxribatlarının qarşısını almağa çalışacaq:

"Rusiyanın Ermənistanda seçkilərə müdaxilə etməsi və siyasi sabitliyi pozması gözlənilir. Ermənistan Avropa İttifaqı və Rusiya arasında geosiyasi rəqabət məkanına çevrilib. Rusiya Moldovada, Macarıstanda məğlub olub. Ermənistanda açıq şəkildə mübarizə aparır. Rusiyanın Ermənistanda siyasi mübarizədə məğlub olması istisna deyil".

Süleyman
Xəbəri paylaş