
Qırğızıstan Prezidenti Sadır Japarov Astanada erməni həmkarı Vahaqn Xaçaturyan ilə görüşüb.
Newscenter.az Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, tərəflər Qırğızıstan-Ermənistan əməkdaşlığının vəziyyəti və perspektivlərini, eləcə də AİB, KTMT, BMT və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
Danışıqlar zamanı hər iki tərəfin siyasi dialoqu dərinləşdirmək, ticarət-iqtisadi əlaqələri genişləndirmək, sənaye əməkdaşlığını, nəqliyyat və logistika marşrutlarını, eləcə də mədəni və humanitar tərəfdaşlığı inkişaf etdirmək istəyi təsdiqlənib.
Ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşdırma və turizm sahələrində birgə layihələrin təşviqi də daxil olmaqla, ikitərəfli gündəliyin praktiki həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Prezident Sadır Japarov Ermənistan tərəfini 31 avqust - 6 sentyabr 2026-cı il tarixlərində Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunlarında fəal iştirak etməyə dəvət edib.
Süleyman











































