
ABŞ, İsrail və İran arasında müharibənin başlamasından sonra Yaxın Şərqdə gərginliyin artmasına baxmayaraq, Tehran 12 avqustda Xəzəryanı dövlətlərin sammitinə ev sahibliyi etməyi düşünür.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cövkər bildirib.
"İran İslam Respublikasının 2026-cı ilin avqustunda Xəzəryanı dövlətlərin yeddinci sammitinə ev sahibliyi edəcəyini məmnuniyyətlə elan edirəm. Ümid edirik ki, Beynəlxalq Xəzər Dənizi Günündə (12 avqustda) və Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Xəzəryanı dövlətlərin prezidentlərini Tehranda qəbul etmək şərəfinə nail olacağıq", - deyə o, bildirib.
Qeyd edək ki, 12 avqust Beynəlxalq Xəzər Dənizi Günüdür. Bu tarix beş Xəzəryanı dövlətin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın birgə nailiyyətlərini simvolizə edir. 2006-cı ilin bu günündə Xəzər dənizinin dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyası (Tehran Konvensiyası) qüvvəyə minib. Altıncı sammit 2022-ci ildə Aşqabadda keçirilib.
Süleyman











































