Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Ukrayna əlaqələrinin möhkəmlənməsində yeni səhifə

Azərbaycan-Ukrayna əlaqələrinin möhkəmlənməsində yeni səhifə


Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafında, möhkəmlənməsində yeni səhifə açır. Səfər zamanı müxtəlif sahələrdə, o cümlədən siyasi dialoq, enerji və logistika təhlükəsizliyi, müdafiə sənayesi, humanitar dəstək və digər istiqamətlərdə müzakirlər aparılıb, bir sıra sənədlər imzalanıb. Son illərdə Azərbaycan-Ukrayna əlaqələrində xüsusilə humanitar sahənin inkişafı özünü daha qabarıq göstərir. Ölkəmiz müharibə başlayandan bu yana Ukraynaya ən zəruri ehtiyaclar nəzərə alınmaqla dəfələrlə humanitar yardım göstərib. Bu, Azərbaycan dövlətinin siyasətindən irəli gəlir. Ölkəmiz münaqişədən əziyyət çəkən regionlara, xalqlara həmişə dəstək göstərir. Humanitar dəstəyə həm də Ukraynadan olan uşaqlarla bağlı reabilitasiya proqramları da daxildir.
Prezident İlham Əliyev ukraynalı həmkarı ilə görüşdə bildirib ki, əməkdaşlığımızın çox güclü siyasi təməli vardır: “2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb, bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapıb. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var. Qeyd etdiyim kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.
Ələkbərova Kəmalə
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş