
Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilib. Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafında, möhkəmlənməsində yeni səhifə açır.
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Kəmalə Ələkbərova deyib. O bildirib ki, səfər zamanı müxtəlif sahələrdə, o cümlədən siyasi dialoq, enerji və logistika təhlükəsizliyi, müdafiə sənayesi, humanitar dəstək və digər istiqamətlərdə müzakirlər aparılıb, bir sıra sənədlər imzalanıb:
"Son illərdə Azərbaycan-Ukrayna əlaqələrində xüsusilə humanitar sahənin inkişafı özünü daha qabarıq göstərir. Ölkəmiz müharibə başlayandan bu yana Ukraynaya ən zəruri ehtiyaclar nəzərə alınmaqla dəfələrlə humanitar yardım göstərib. Bu, Azərbaycan dövlətinin siyasətindən irəli gəlir. Ölkəmiz münaqişədən əziyyət çəkən regionlara, xalqlara həmişə dəstək göstərir. Humanitar dəstəyə həm də Ukraynadan olan uşaqlarla bağlı reabilitasiya proqramları da daxildir".
Anar












































