
"Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri həm region, həm də dünya mətbuatının diqqət mərkəzində oldu. Bu görüş təkcə iki ölkə arasındakı ənənəvi dostluğun təsdiqi deyil, həm də Prezident İlham Əliyevin qlobal siyasətdə artan nüfuzunun və diplomatik məharətinin növbəti nümayişi kimi yadda qaldı".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Orxan Baxşəliyev deyib. O bildirib ki, Prezident İlham Əliyevin mətbuata bəyanatındakı əsas məqamlar Bakının həm regional təhlükəsizlik, həm də beynəlxalq hüququn prinsipləri məsələsindəki qətiyyətli mövqeyini bir daha ortaya qoydu:
"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev yalnız öz ölkəsinin maraqlarını müdafiə edən bir lider deyil, həm də mürəkkəb geosiyasi düyünləri açmağı bacaran dünya miqyaslı strateqdir. Zelenskinin Bakıya səfəri zamanı səsləndirilən bəyanatlar göstərir ki, Azərbaycanın xarici siyasəti balanslaşdırılmış, müstəqil və prinsipial xarakter daşıyır.
Prezidentin çıxışında vurğulanan əsas tezislər İlham Əliyevin liderlik portretini tamamlayan bir neçə mühüm detalı üzə çıxardı".
Anar












































