
"Azərbaycan və Ukrayna arasında münasibətlər uzun illərə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrdir. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Sara Hüseynova deyib. O bildirib ki, bu mövqe həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində açıq şəkildə özünü göstərir:
"Siyasi dialoq yüksək səviyyədə inkişaf edib və dövlət başçıları arasında müntəzəm görüşlər keçirilir. Bu görüşlər qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə şərait yaradır. Hökumətlərarası komissiyalar, nazirliklər səviyyəsində keçirilən məsləhətləşmələr və rəsmi səfərlər əlaqələrin sistemli şəkildə inkişafına xidmət edir. İqtisadi sahədə əməkdaşlıq dinamik xarakter daşıyır. Ticarət dövriyyəsi ildən-ilə artır, müxtəlif sahələrdə sərmayə qoyuluşu imkanları genişlənir. Xüsusilə energetika sahəsində əməkdaşlıq mühüm yer tutur və SOCAR-ın Ukraynada fəaliyyəti bu sahədə uğurlu nümunə hesab olunur".
Anar












































