
Bu gündən Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) işinə başlayır.
Bəs, Şəhərsalma Forumu Azərbaycana hansı üstünlükləri qazandıracaq?
Ümumdünya Urban Forumu iştirakçılıq səviyyəsinə görə dünyada ikinci ən böyük tədbir hesab olunur. Artıq 35 minə yaxın nümayəndə qeydiyyatdan keçib. Ona görə də say və iştirakçılıq baxımından yüksək səvviyyəli tədbirdir.
Forum həm Bakının infrastrukturunun, həm də Azərbaycanın bu istiqamətdə tətbiq etdiyi yeni modellərin təqdimatı baxımından vacibdir. Baxmayaraq ki, tədbirlərin keçiriləcəyi yer paytaxtdır, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yeni modellər və xüsusən də şəhərsalma modeli WUF13 vasitəsilə də təqdim ediləcək.
Sözsüz ki, bu, həm də turizmin inkişafı baxımından vacibdir. Bir tərəfdən tədbirdə iştirak edən nümayəndə heyətinin sayı kifayət qədər ciddi rəqəmdir. Digər tərəfdən, bu Azərbaycan potensialının təqdimatına imkan verəcək və eləcə də, sərmayənin cəlb edilməsi aspektindən əhəmiyyətli hesab edilməlidir. Xüsusən də qeyri-neft sektorunun potensialının təqdim olunması və yeni investisiyaların cəlbi aspektindən də vacib sayılır. Belə ki, qeyri-neft sektoru və infrastrukturun təqdimatı həmçinin ölkə iqtisadiyyatının inkişafına töhfədir.
Bu baxımdan da, COP29-dan (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP)) sonra ikinci ən böyük tədbir hesab olunan WUF13 xüsusən də iqtisadiyyatın inkişafı ilə bağlı hədəflərin reallaşması aspektindən də Azərbaycan üçün əhəmiyyətlidir.
Vüqar Bayramov, Milli Məclisin deputatı









































