Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın Azərbaycanla ticarət dövriyyəsi 9,5 dəfə artıb

Özbəkistanın Azərbaycanla ticarət dövriyyəsi 9,5 dəfə artıb


2017-2025-ci illərdə Özbəkistanın Azərbaycanla ticarət dövriyyəsi 9,5 dəfə artaraq 32,5 milyon dollardan 307,3 milyon dollara çatıb.

Newscenter.az xəbər verir ki. bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, bu dövrdə iki ölkə arasında ixrac 8,2 dəfə artaraq 27,6 milyon dollardan 227,3 milyon dollara çatıb.

Həmçinin idxalda da artım qeydə alınıb. Bu sahədə artım 16,3 dəfə olub və nəticədə idxal 4,9 milyon dollardan 80 milyon dollara yüksəlib.

2025-ci ildə Özbəkistana Azərbaycan investisiyalarının həcmi 173,7 milyon dollar təşkil edib. Azərbaycandan Özbəkistana investisiyaların ümumi həcmi 318,6 milyon dollara çatıb.

Hazırda Özbəkistanda Azərbaycan kapitalı ilə 442 müəssisə fəaliyyət göstərir. Onların sayı 2017-ci illə müqayisədə 6,2 dəfə artıb.

Süleyman
Xəbəri paylaş