Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Forum Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq işlərinin dünyaya təqdimatı baxımından da əhəmiyyətlidir

Forum Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq işlərinin dünyaya təqdimatı baxımından da əhəmiyyətlidir


"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkandır və qlobal əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi üçün zəmin var. Hər şeydən əvvəl Azərbaycanın regionda yaratdığı yeni reallıqlar dünya siyasi arenasında qəbul edilir. Azərbaycan özünü təkcə hərbi sahə deyil, həm də diplomatik və iqtisadi sahələrdə transformasiya mərhələsində olan bir ölkə kimi etibarlılıq və etimadlılıq qazanıb. Azərbaycan etibarlılıq və etimad qazanmış güclü bir ölkə olduğundan belə tədbirlərin ölkəmizdə keçirilməsi təbiidir".

Bunları Newscenter.az-a "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsinin faydaları kifayət qədərdir:

"Bu Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin olunduğunun göstəricisidir. Digər tərəfdən bu forum Azerbaycan üçün əlavə iqtisadi imkanlar yaradacaq, turizmə olan marağı artıracaq. Bildiyiniz kimi, forumda müxtəlif ölkələrdən çoxlu sayda nümayəndə heyətləri iştirak edir. Bu da onun göstəricisidir ki, Azərbaycan regional urbanizasiyasının mərkəzi kimi qəbul edilir".

Ramil Hüseynov deyib ki, forum Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq işlərinin dünyaya təqdimatı baxımından da əhəmiyyətlidir.

Süleyman
Xəbəri paylaş