
1 may tarixinə olan məlumata görə. Özbəkistanda xarici investisiyalı 19.490 müəssisə fəaliyyət göstərir. Bunlardan 4.427-si birgə müəssisə, 15.063-ü isə xarici müəssisədir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, onların əksəriyyəti Çin kapitalının iştirakı ilə yaradılıb.
Ölkələr arasında ən yüksək göstərici Çinə məxsusdur. Çin kapitallı müəssisələrin sayı 5.615 olub ki, bu da ümumi sayın 28,8%-ni təşkil edir.
Sonrakı yerlərdə Rusiya 3.308, Türkiyə 2.216, Qazaxıstan 1.259 və Cənubi Koreya 721 ilə gəlir.
Süleyman











































