Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: Azərbaycan tarixi abidələri və mədəni irsi ilə məşhur olan şəhərlərlə zəngindir

Prezident: Azərbaycan tarixi abidələri və mədəni irsi ilə məşhur olan şəhərlərlə zəngindir



Azərbaycan tarixi abidələri və mədəni irsi ilə məşhur olan şəhərlərlə zəngindir.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev WUF13-ün rəsmi açılış mərasimində bildirib.

"Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və həmişə Şərqlə Qərbin qovuşduğu məkan olub və belə də qalır. Bu, ölkəmizin memarlığında da öz əksini tapır. Əgər siz İçərişəhərin qədim divarları daxilində gəzib, sadəcə küçəni keçsəniz, özünüzü əvvəllər daha qısa olan indi isə 15 kilometrdən çox dənizkənarı gəzinti zonasını təşkil edən Bakı bulvarının tamamilə müasir məkanında tapacaqsınız. Yaxınlıqda isə avropalı memarlar tərəfindən layihələndirilmiş və inşa edilmiş XIX əsrə aid binalar yerləşir", - Prezident qeyd edib.

Arzu
Xəbəri paylaş