
Pakistan nümayəndələri ABŞ və İsrail ilə İran arasında münaqişəyə son qoymaq səylərinə kömək etmək üçün 24 saat ərzində Tehrana gələcəklər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Florida ştatının Mayami şəhərində jurnalistlərə bildirib.
"Düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik", - deyə o, İranla razılığa gəlmək səylərindən danışarkən deyib.
"Bir neçə səfər olacaq. İnanıram ki, pakistanlılar bu gün Tehrana yola düşəcəklər. Ümid edirəm ki, bu, irəliləməyimizə imkan verəcək", - Rubio əlavə edib.
ABŞ dövlət katibi bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp yaxşı bir razılaşma əldə etməyə üstünlük verir.
Şeyda












































