
22 may 2026-cı il tarixindən etibarən istixana təsərrüfatlarının yoxlanılması və nəticələrinin təhlili başa çatana qədər Ermənistan mənşəli və göndərilən gül məhsullarının Rusiyaya idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Agentliyin məlumatına görə, məsələyə münasibət bildirən Ermənistanın baş naziri Nikol Paşinyan bunun müvəqqəti xarakter daşıdığını deyib. O bildirib ki, bu məhdudiyyətlər həmişə mövcud olub, çünki fitosanitar standartlara cavab verməyən istənilən mal həmişə məhdudiyyətlərə məruz qalıb və həmişə də olacaq:
"Oxşar hallar son səkkiz ildə onlarla dəfə baş verib və təkcə fitosanitar hallar deyil, digər mallarla bağlı digər məsələlər də olub və biz bu məsələləri AAİ iclaslarında müzakirə edirik”.
Baş nazir qeyd edib ki, yoxlama aparmaq üçün Ermənistana nümayəndə heyəti gəlib.
Aygün











































