
"Dünya birliyində mövqeyi və təsiri artan Türk Dövlətləri Təşkilatının bu gün Türk birliyi və inkişafında mühüm rol oynaması hamımıza böyük qürur və iftixar hissi verir. Türk Dövlətləri Təşkilatının fəaliyyətində qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının effektiv idarə olunması və qorunması məsələləri xüsusi yer tutur".
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bunları prezident Şavkat Mirziyoyev deyib. Onun sözlərinə görə, xüsusilə də dünyanın geosiyasi xəritəsində köklü dəyişikliklər baş verdiyi, ziddiyyətlərin və münaqişələrin miqyasının artdığı indiki çətin vəziyyətdə bu məsələləri birlikdə müzakirə etmək və bu baxımdan effektiv həll yolları tapmaq təcili olaraq vacibdir:
"Ölkələrimizin həyatında ədalətin və qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının qorunması və güclü məhkəmə korpusunun yaradılmasında Hakimlər Şuralarına böyük ümidlər bəsləyirik.
Süleyman











































