
Ermənistan təhlükəsizlik qüvvələri əvvəllər dövlətə xəyanətdə ittiham olunan müxalifətçi və Çiçəklənən Ermənistan Partiyasından parlamentə namizəd Andranik Tevanyanın ofisində axtarış aparıb.
Newscenter.az xəbər verir ki. bu barədə 24news portalı məlumat yayıb. Portalın verdiyi xəbərə görə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları müstəntiqlərlə birlikdə yerli vaxtla səhər saat 7:00-da Tevanyanın ofisinə axtarış aparmaq üçün daxil olublar.
Ardınca isə Ermənistan İstintaq Komitəsi Tevanyanın dövlətə xəyanət və casusluqda ittiham olunması ilə bağlı cinayət işinin açıldığını elan edib.
Arzu











































