
Suriyanın Hələb şəhərində Özbəkistan-Suriya ticarət evi açılıb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Özbəkistanın Ticarət və Sənaye Palatasının mətbuat xidməti məlumat verib.
Mərkəz Ticarət və Sənaye Palatası və "Ahmad Kalash Ltd" şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Açılış mərasimində Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov, Özbəkistanın Küveytdəki səfiri Əyyubxon Yunusov və iki ölkədən 100-dən çox sahibkar iştirak edib.
Ticarət evi iki ölkə arasında ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək, özbək istehsalçılarının məhsullarını Suriya bazarına ixrac etmək və logistika və paylama proseslərini qurmaq məqsədi ilə açılıb.
Bildirilir ki, Özbəkistandan Hələbə bir konteynerin çatdırılması təxminən 10 gün çəkir. Orta nəqliyyat xərcləri 2,5 min dollardır.
Mərkəz tərəfindən Suriya bazarında "Made in Uzbekistan" brendi altında məhsulların təşviqi, sahibkarlar arasında birbaşa əməkdaşlığın gücləndirilməsi və yeni ixrac marşrutlarının formalaşdırılması planlaşdırılır.
Süleyman











































