
ABŞ Ukraynaya HAWK hava hücumundan müdafiə raket sistemlərinin fəaliyyətini dəstəkləmək üçün 108,1 milyon dollar dəyərində avadanlıq və xidmətlərin potensial satışını təsdiqləyib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda bildirilir.
Sənədə əsasən, Kiyev hakimiyyəti yuxarıda adı çəkilən hava hücumundan müdafiə sistemləri üçün komponentlər və ehtiyat hissələrinin alınması, onların modernləşdirilməsi və texniki xidmətinə dəstək, eləcə də avadanlıqların təmiri və qaytarılması xidmətlərinin göstərilməsi imkanı istəyib. Əməliyyatın ümumi dəyəri 108,1 milyon dollar olaraq qiymətləndirilir.
Baş podratçı qismində Sierra Nevada Korporasiyası çıxış edəcək. Bəyanatda bildirilir ki, müqavilə ABŞ-ın milli maraqlarına uyğundur və regionda güc balansını dəyişdirməyəcək. Bundan əlavə, Dövlət Departamenti hesab edir ki, müqavilə ABŞ silahlı qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.
Arzu











































